Ana və iki uşağının üzərinə qaynar su tökülüb
Ana və iki uşağının üzərinə qaynar su tökülüb
21 Noyabr 2019 11:43 SosialBakıda 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Bu barədə Səhiyyə Nazirliyindən "Olaylar"a verilən məklumata görə, Xəzər rayonu, Binə südçülük sovxozunda baş verib. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərindən birində qadın və iki azyaşlı uşağının üzərinə qaynar su tökülüb: "Hadisə nəticəsində yanıq xəsarəti alan 3 nəfər barədə məlumat Təcili Yardım Xidmətinə saat 22.32-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31