İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb
İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb
21 Noyabr 2019 11:29 SosialAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb.
"OLAYLAR"-a tədris ocağından bildirilib ki, ərəb dilinin tədrisi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə tələbələrin göstəriciləri, gənclərin dərslərdə fəallığı, o cümlədən, müəllimlərin tədris metodları haqqında fikir mübadiləsi aparılıb. Ceyhun Məmmədov İnstitutdatəhsil alan tələbələrin ərəb dilini yüksək səviyyədə mənimsəmələrinin vacibliyinə toxunaraq, dərsdənkənar məşğələlərinbu yöndə müsbət təsir göstərdiyini qeyd edib. Rektor tədrisin keyfiyyətinibundan sonra da yüksəltmək məqsədilə yeni dərsliklərin hazırlanmasının, həmin kitabların məhz Azərbaycan İlahiyyat İnstitutunun ixtisaslaşmış müəllimləri tərəfindən yazılmasının prioritet məsələ olduğunu vurğulayıb.
Daha sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Mübariz Camalov tədris prosesi zamanı keçirilən "Açıq dərs"lərdən bəhs edib. O, müəllimlərin dərs təcrübələrini bölüşməsininəhəmiyyətini bildirib.
Görüş müəllimlərin qarşılıqlı təklifləri və müzakirələri ilə davam edib.