Sərnişin avtobusu qəzaya uğrayıb
Sərnişin avtobusu qəzaya uğrayıb
21 Noyabr 2019 11:28 SosialBu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, Mercedes markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı "BMH" MMC-dən verilən məlumata görə hadisə Mercedes markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31