İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək
İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək
20 Noyabr 2019 16:50 Sosialİqtisadiyyat nazirinin müavini Niyazi Səfərov noyabrın 22-də Göyçayda bu rayondan olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaş qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan:Göyçayşəhəri, Heydər Əliyev prospekti, 98)keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin[email protected] elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqələndirici şəxs Fərid Məmmədov, əlaqə telefonu: 022-337-82-81, (050) 235 0197, elektron poçtünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.