Cəlilabadda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Cəlilabadda insan alveri ilə bağlı maarifləndirmə tədbiri keçirilib
20 Noyabr 2019 14:27 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi Cəlilabad rayonunda "İnsan alverinə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə Cəlilabad rayon Məşğulluq Mərkəzinin, rayon Gənclər və İdman idarəsinin rəhbər və işçi kollektivi, rayon gəncləri iştirak ediblər. "Olaylar" xəbər verir ki, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları Mərkəz haqqında, insan alveri qurbanlarına və potensial insan alveri qurbanlarına göstərilən yardımlar barədə iştirakcıları ətraflı məlumatlandırıblar. Onlar insan alveri anlayışı, onun mahiyyəti və növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə məlumatlar veriblər.