Uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub
Uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub
20 Noyabr 2019 14:20 SosialƏmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondunun sosial xidmət müəssisələrinin uşaqları üçün xeyriyyə tədbiri təşkil olunub. "Olaylar" xəbər verir ki, nazirlik və "Azpetrol" şirkətinin birgə təşkil etdiyi tədbirə Fondun 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin uşaqları cəlb edilib. Xeyriyyə tədbiri çərçivəsində uşaqlar şəhərdə əyləncəli və maraqlı ekskursiyada olublar. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31