Mədəniyyət işçiləri arasında İntellektual Turnirin üçüncü mərhələsi

Mədəniyyət işçiləri arasında İntellektual Turnirin üçüncü mərhələsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə Gəncə Dövlət Universitetində Gəncə, Bərdə, Ağcabədi, Ağdaş Regional Mədəniyyət İdarələrinin həmçinin, Gəncə Dövlət Universitetinin mədəniyyət könüllülərinin təmsil olunacağı intellektual turnirin sonuncu, üçüncü mərhələsi keçirilib.

Olaylar.az bildirir ki, intellektual turnirin ilk mərhələsində Sumqayıt, Xaçmaz, Kürdəmir, Şəki, Şəmkir və İsmayıllı regional mədəniyyət idarələrinin, ikinci mərhələsində isə Lənkəran, Masallı, Biləsuvar Sabirabad regional mədəniyyət idarələrinin təmsil olunduğu komandalar iştirak etmişdir. Bununla yanaşı, intellektual oyunda ADPU-nin Şamaxı filialında təhsil alan mədəniyyət könüllüləri, habelə Lənkəran Dövlət Universitetinin mədəniyyət könüllüləri də təmsil olunmuşdur.

Tədbirin yekunu olaraq ilkin mərhələdə Mədəniyyət könüllüləri və Sumqayıt, ikinci mərhələdə isə Xəzər və Masallı komandaları final mərhələsinə vəsiqə qazanmışdır.

İntellektual Turnirin məqsədi gənc mədəniyyət işçələrinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını inkişaf etdirməkdir. Bundan əlavə, gənclər arasında dostluq, yoldaşlıq münasibələri və komanda ruhunu formalaşdırması və inkişaf etdirilməsidir.

Oyunda iştirak edən 5 komanda dünya və Azərbaycan mədəniyyətinə həsr olunmuş 24 suala cavab verməli idi. Oyunun qalibi 13 sualını cavablandıran Gəncə Regional Mədəniyyət İdarəsinin komandası olub. İkinci yerdə Gəncə Dövlət Universitetinin könüllüləri 11 düzgün cavabla və üçünçü yerdə isə 9 sualı cavablandıran Ağcabədi RMİ-nin komandası olub.

8 dekabr tarixində Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanması ilə yanaşı komandalar diplom və həvəsləndirici hədiyyə ilə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31