Göyçayda səyyar təlimlər

Göyçayda səyyar təlimlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bu məqsədlə yeni tədris modulları əsasında təlimlər təşkil edib. Bu günə qədər Lənkəran, Şamaxı, Bakı, Gəncə, Gədəbəy şəhərlərində müxtəlif ixtisasartırma kursları uğurla həyata keçirilib.

Olaylar.az bildirir ki, təlimlərin qısa müddətdə daha da səmərəli keçirilməsini təmin etmək məqsədi ilə, Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qərarına gəlmişdir.

Göyçay rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsilənin növbəti qısamüddətli təlim keçirilib. Respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri də mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılmasıdır.

Nöbvəti səyyar briqadasının üzvləri, Elnur Hacıbabayev "Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları", Bakı şəhər 8 Mart adına Mədəniyyət Evinin direktoru Rüfət Məmmədov "Mədəniyyət evlərinin müasir fəaliyyət növləri", Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Rüfət Mamayev "Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları", Elnarə Hacıyeva "Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər" mövzularda təlimlər təqdim etdilər.

Daha sonra fikir mübadiləsi səpgidə davam edən təlimdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov mədəniyyət müəssisələrin fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkil olunmasının vacibliyi haqqında öz mülahizələri ilə bölüşmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31