Ziyafət Əsgərov: “Bəzi millət vəkilləri ya məhkəmə-hüquq islahatlara dair paketi oxumayıb, ya da oxuyubsa, başa düşməyib”

Ziyafət Əsgərov: “Bəzi millət vəkilləri ya məhkəmə-hüquq islahatlara dair paketi oxumayıb, ya da oxuyubsa, başa düşməyib”

Millət vəkillərinin özəl ekspertlərə cinayət işləri ilə əlaqədar səlahiyyət verilməməsi məsələsinə parlamentin rəhbərliyi tərəfindən reaksiya verilib. "Olaylar"ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, bəzi millət vəkilləri ya məhkəmə-hüquq islahatlara dair paketi oxumayıb, ya da oxuyubsa, başa düşməyib. Z. Əsgərov deyib ki, bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilər: "Bu da nəticədə müəyyən narazılıqlara səbəb olur. İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmənin qarşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsif olunsun. Yəni burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni insanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun".

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə də toxunub: "Gəlin bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Tutaq ki, narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Dövlət ekspertizasında elə avadanlıqlar, imkanlar var ki, bu özəl ekspertlərdə də var. Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq ki, hansı qərarı versin. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunu alqışlamaq və səs vermək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31