Tahir Kərimlidən təklif: “Meyit də özəl ekspertiza tərəfindən ekspertizadan keçirilsin”

Tahir Kərimlidən təklif: “Meyit də özəl ekspertiza tərəfindən ekspertizadan keçirilsin”

"Cinayətlərlə bağlı özəl ekspertiza tətbiq olunmayacaqsa, özəl ekspertizaya nə qalacaq? Mən də deputat həmkarım Qüdrət Həsənquliyev kimi özəl ekspertizalara belə səlahiyyət verilməsini dəstəkləyirəm. Bu qanun ekspertiza binaları, avadanlıqları ilə bağlı deyil, özəl ekspertlərin səlahiyyəti ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketinin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli bildirib. Millət vəkili təklif edib ki, meyit də özəl ekspertiza tərəfindən ekspertizadan keçirilsin: "Niyə cinayətlə bağlı özəl ekspertizalar tətbiq edilməsin? Əgər sümük çıxıbsa, bu, ağır xəsarətdir, bunu özəl ekspertiza niyə ekspertizadan keçirməməlidir?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31