Deputat məhkəmələrin ixtisaslaşmasını təklif edib

Deputat məhkəmələrin ixtisaslaşmasını təklif edib

Millət vəkili Siyavuş  Novruzov parlamentin plenar iclasında məhkəmələrin ixtisaslaşmasını təklif edib. "Olaylar" xəbər verir ki, millət vəkili fikrini onunla əsalandırıb ki, dünyada uşaqlarla bağlı məhkəmələr tamamilə ayrıdır: "Eyni orqanın həm həbs etməsi, həm istintaq aparıb, qərar verməsi nə dərəcədə ədalətli ola bilər? Biz istintaq idarələrini də mərkəzləşdirməliyik". Millət vəkili deyib ki, mülki ziyan vuranlar həbs edilir: "Xarici ölkələrdə belə insanlar həftənin 5 günü işləyir, şənbə və bazar həbsxanada olur. Bu yolla onun vurduğu ziyanı ödəməsi təmin edilir. Ancaq bizə həbsdə saxlayırlar, vurulan zərər isə ödənilmir. Bizdə Penitensiar Xidmət tikinti şirkətləri, digər qurumlarla müqavilə bağlaya, həmin şəxslər işləyərək həm vurduqları ziyanı ödəyə, həm də ailələrinə kömək edə bilərlər". Onun sözlərinə görə, bina tikən şəxs bir mənzili 5 nəfərə satır: "Məhkəmə qərar verəcək ki, mənzil onlardan birinə çatır. Digər 4 şəxs narazı qalacaq. Təbii ki, məhkəmə hakimlərinin hamısı əməli-saleh deyil, fərqli olanları da var. Ancaq burada obyekti və subyektiv səbəblər var. İnsanlar işlərini qanun, hüquq çərçivəsində görmür, iş məhkəməyə düşəndə də narazı qalırlar. Tutaq ki, əmək müqaviləsi olmadan şirkətlər insanları işə götürürlər, bir məsələ olanda, iş məhkəməyə gedib çıxır. Həm şirkət qanunları pozur, həm də vətəndaşlar əmək müqaviləsi olmadan işləyir. Ona görə də ümumilikdə məsələlərə kompleks yanaşılmalıdır. Digər tərəfdən, son instansiyaların məhkəmə qərarları dərhal yerinə yetirilməlidir. Bu gün həbsdən çıxıb, vaxtında məhkəmə qərarlarını yerinə yetirməyənlər indi müxalifətə qoşulub, haqdan, ədalətdən danışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31