Ölkədə özəl məhkəmə ekspertizası institutu yaradılacaq

Ölkədə özəl məhkəmə ekspertizası institutu yaradılacaq

"Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında imzaladığı fərmanın icrası ilə bağlı gələcəkdə də yeni böyük paket qanunların təqdim olunması nəzərdə tutulur". "Olaylar" xəbər verir verir, bunu Milli Məclisin plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib. Komitə sədri qeyd edib ki, dəyişiklik layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunun yaradılmasına rəvac verəcək: "Proses iştirakçılarına da alternativ ekspert rəyi almaq üçün səlahiyyət verilir. Həm təcrübəli özəl mütəxəssislərin cəlb edilməsi yolu ilə həm də bu sahədə rəqabətin yaranması səbəbindən məhkəmə ekspertizasının keyfiyyətinin yaxşılaşdırılması gözlənilir. Məhkəmə ekspertizası keçirilməsi müddətinin dəqiqləşdirilməsi nəticəsində bəzi kateqoriyalı işlərə baxılması müddət də azalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31