Deputat: “Hakimlərin iqtisadi müstəqilliyi təmin edilməlidir”

Deputat: “Hakimlərin iqtisadi müstəqilliyi təmin edilməlidir”

"Hakimlərin iqtisadi müstəqilliyi məsələsinə yenidən baxılmalıdır. Əgər hakimin evi yoxlusa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir". "Olaylar" xəbər veri ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib. Q. Həsənquliyev deyib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: "Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhəkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakiimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31