Şərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb

Şərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb

Noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Xidmətin mətbuat xidmətinin rəhbəri Nurida Allahyarova deyib ki, monitorinqlər 3 istiqamətdə Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), paytaxt-Region və əks istiqamət və beynəlxalq istiqamətlər üzrə həyata keçirilir.

"Noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm. Təklif və iradlarınız yalnız 012 566 52 58 nömrəli qaynar xəttimizi yığaraq səsləndirdiyiniz zaman qeydə alınacaq".

DANX rəsmisi qeyd edib ki, ilk sorğu Azərbaycan Respublikasının şimal-qərb coğrafi məkanını əhatə edən Şəki-Zaqatala iqtisadi rayonu üzrə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarından paytaxt istiqamətində və şəhərdaxili sərnişindaşımada göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31