Azərbaycanlı qadın ərinin birinci arvadını evə çağırdı, kabab bişirdi - FOTO
Azərbaycanlı qadın ərinin birinci arvadını evə çağırdı, kabab bişirdi - FOTO
18 Noyabr 2019 17:19 SosialRusiyada azərbaycanlı qadın ərinin birinci həyat yoldaşını evə çağırıb kabab bişirib.
Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən, həyat yoldaşı tərəfindən 2 uşağı əlindən alınan və qabırğaları sınıdırılan Mətanətlə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Mətanətin əri Seymurun birinci həyat yoldaşı Lena maraqlı açıqlamalar verib.
O, bildirib ki, Seymur çox yaxşı insandır: "O, mənə xəyanət etdiyi üçün ayrılmışam. Amma onun özü çox yaxşı insandır. Qızıma görə ona minnətdaram. Tez-tez Seymurgilə gedirdim. Əvvəllər Mətanət məni qısqansa da daha sonra onun özü məni evinə dəvət edirdi. Biz birlikdə kabab bişirib yeyirdik".

Sonxeber.az