Tofiq Yaqublu azadlığa buraxılıb
Tofiq Yaqublu azadlığa buraxılıb
18 Noyabr 2019 16:05 Sosial"Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu azadlığa buraxılıb."Olaylar" xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi bildirib. O, atasının günortadan sonra evində olacağını bildirib:"Günortadan sonra çox güman ki, atam evdə olacaq. Çox xahiş edirəm, həbsxanaya qarşılamağa getməyin. Sizi orada görüb atanı aparıb uzaq bir yerdə sərbəst buraxacaqlar. Anlayışla yanaşmanızı rica edirən. Azadlığa çıxsın, gəlib evdə görüşə bilərsiniz". Qeyd edək ki, oktyabrın 19-da Milli Şuranın mitinqində saxlanan Tofiq Yaqublu Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında cəza çəkib. O, 30 sutka inzibati həbs cəzası almışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31