Hakimliyə namizədlər sınağa çəkiləcəklər
Hakimliyə namizədlər sınağa çəkiləcəklər
18 Noyabr 2019 14:18 SosialNoyabrın 23-də hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək. "Olaylar" xəbər verir ki, Ədliyyə Nazirliyindən bildirilib ki, imtahana hakim olmaq üçün sənədlərini təqdim etmiş 250-dək hüquqşünasın qatılacağı gözlənir. Müasir texnologiyalar tətbiq edilməklə təşkil olunan və onlayn qaydada canlı yayımlanan imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr ona dərhal elan olunacaq.
Qeyd edək ki, artıq 200-dən çox namizədlə müsabiqə, o cümlədən test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti mərhələyə - şifahi imtahana vəsiqə qazanıb. Həmin hakimliyə namizədlərlə noyabr ayının 15-dən şifahi imtahan başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31