“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsinin ilkin HESABATI

“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsinin ilkin HESABATI

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində uğurla inkişaf edən müstəqil Azərbaycanın təhsil sistemində bir çox layihələr icra edilir. Olaylar.az bildirir ki, bu layihələr təhsilin humanitar sahələrə inteqrasiyası istiqamətində əhəmiyyətli rol oynayır. Bu baxımdan "İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili" layihəsinin icrası mühüm əhəmiyyətə malikdir.

Bakı şəhəri 268 nömrəli xüsusi məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təşkil edilən konfrans sözügedən layihə çərçivəsində həyata keçirilən ilk tədbirlərdən biridir.

Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbin akt zalında baş tutan tədbirdə məktəbin müəllim və şagird heyəti, direktor Seyfəddin Mustafayev, təşkilatçı Kübra Bayramova, Təhsil Nazirliyinin "TOPS" layihəsinin koordinatoru Səməndər Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova, Əməkdar müəllim Arifə Əliyeva, Bakı şəhəri 254 nömrəli tam orta məktəbin psixoloqu Səidə Nuriyeva, idman, bədən tərbiyəsi, tibb, incəsənət, mədəniyyət xadimləri, "Avontaj" qrupu və ARB TV kanalının aparıcısı Amid Həsənquliyev olan "Biz birik" verilişinin çəkiliş qrupu iştirak edirdilər. Eyni zamanda, layihə rəhbəri, Bakı şəhəri 254 nömrəli tam orta məktəbin müəllimi Nazilə Rüstəmzadə tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya da rəsmi qaydada müraciət edilmiş və onun tədbirə qatılması xahiş olunmuşdur. Təəssüf ki, həmin vaxtda ölkədə olmadığı üçün Leyla xanım tədbirdə iştirak edə bilməmişdir.

Sağlamlıq imkanları məhdud olan uşaqların musiqi istedadı ilə rövnəqlənən, maariflənmə və əyləncə xarakteri daşıyan bu konfrans layihə rəhbəri tərəfindən gözəl hədiyyələrin və təşəkkürnamələrin təltif edilməsi ilə sona çatdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31