Vətəndaşa zor tətbiq edib pulunu alan dəstə ələ keçib

Vətəndaşa zor tətbiq edib pulunu alan dəstə ələ keçib

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini F.Rzayev noyabrın 13-də Moskva prospektindəki evlərin birində 4 nəfərin ona zor tətbiq edərək 98 manatını aldıqlarını bildirib. DİN-dən "Olaylar"a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar - E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılmışlar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31