Mikrobiologiya institutunda “Mikroorqanizmilər və onların həyatımızdakı faydaları” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

“Mikroorqanizmlər uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda  17 noyabr Milli Dirçəliş Gününə həsr edilmiş "Mikroorqanizmlər və onların həyatımızdakı faydaları" mövzusunda məktəblilər arasında elan edilmiş müsabiqənin yekun iclası keçirilibdir.   Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə işinə başlayan iclasda ilk olaraq institutun elmi işlər üzrə direktor müavini , AMEA-nın müxbir üzvü Pənah Muradov qonaqları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırdı. O xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında  tarixi rol oynadığını  xüsusilə qeyd etdi.

Olaylar.az bildirir ki, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru Məmməd Salmanov və Botanika İnstitutunun direktoru,akademik Validə Əlizad  bu tədbirin həyata keçrilməsinin əhəmiyyətindən, elmə biliklərə marağın artırılması , isdedadlı şagirdlərin  gələcəkdə inkişaf etməsi  üçün lazım olan şəraitin yaradılmasını vurgulayaraq öz  tövsiyyələrini bildirdilər.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova müasir müstəqil Azərbaycanda qazanılan uğurlardan bəhs edib.

Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran akademik İradə Hüseynova gənclərin elmə marağının artırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Gənc  Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov şagirdlərin elmə marağının artırılmasında bu kimi tədbirlərin rolunu vurğulayıb.

Tədbirin təşkilat komitəsinin sədri, Mikrobiologiya İnstitutunun Mikrobioloji Biotexnologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Könül Baxşəliyeva qeyd edib ki, cəmiyyətin maarifləndirilməsi, bilikli gənc nəslin yetişdirilməsi   bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Müsabiqənin məqsədi də  məktəblilərə bu istiqamətdə yardımçı olmaq, biliklərini əyani şəkildə nümayiş etdirmək  imkanı yaratmaqdır.

Tədbir zamanı məktəblilərin müsabiqədə bakteriya və göbələklərin mikroskopik, vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu, biotexnoloji əhəmiyyəti və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri münsiflər heyəti tərəfindən 3 nominasiya üzrə qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən "Mikrobioloji proseslərin sxematik təsiri" Mikroorqanizmiərin təsviri ilə" və "Xüsusi seçilmiş işlər" nominasiyaları  üzrə  qaliblərin adları açıqlanıb. I yerin qalibləri  Bakı Avropa Liseyinin şagirdi-İsayev Oğuz, İncəsənət Gimnaziyasının şagirdi - Nəcəfova Finarə, Gənc İstedadlar Liseyinin şagirdi - Hüseynov Məmməd qalib seçilmişdir. Bundan başqa, Bakı Modern Təhsil Kompleksinin  şagirdləri Bəyim Seyidova və Murad Ağabalayev, Fidan Əhmədova və Ləman Quliyeva, Dilbər Nəcəfova, Nuray Hüseynzadə və Gövhər Aslanova, Bakı şəhər 103 №-li İsmayilova Şəhanə isə ikinci yerə layiq görülmüşlər. 

III yerə layiq görülən şagirdlər isə   Bakı şəhər 221, 232, 14, 21 və Salyan rayonun 4 saylı məktəblərinin, eləcə də   Bakı Modern Təhsil Kompleksini təmsil etmişlər.   

Müsabiqənin bütün qalibləri olan şagirdlər   diplom və pul mükafatlarına layiq görülüb, əl işləri xüsusi seçilənlərə isə hədiyyə və sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31