Zakir Qaralov Abşeronda vətəndaşları qəbul edib
Zakir Qaralov Abşeronda vətəndaşları qəbul edib
15 Noyabr 2019 15:13 SosialBaş prokuror Zakir Qaralov noyabrın 15-də Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluqdan "Olaylar"a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Abşeron rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 18 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.