Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur

Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur

Azərbaycanda söz və mətbuat, eləcə də ifadə azadlığının təmin olunması üçün bütün lazımı inkanlar yaradılıb. Hazırda ölkə vətəndaşları beynəlxalq standartlar əsasında hazırlanmış milli qanunvericilik çərçivəsində söz və ifadə azadlığından sərbəst şəkildə istifadə edə bilir. Buna baxmayaraq, yaradılmış şəraitdən siu-istifadə hallarına yol verilir. Ölkədə söz və mətbuat, ifadə azadlığının mövcud vəziyəti ilə bağlı suallarımızı hüquqşünas Alim Hüseynli cavablandırıb.   

-Azərbaycan mətbuatının hazırki durumunu necə dəyərləndirirsizniz?

-Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Çox təəssüf ki, dünyanın bir sıra ölkələrində media orqanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər paralel olaraq söz və fikir azadlığının boğulmasına gətirib çıxarır. Azərbaycanda isə söz, fikir və məlumat azadlığının mövcudluğu danılmaz faktora çevrilib. Demokratiyanın fundamental dəyərlərindən hesab olunan söz, fikir və pluralizm azadlığı ölkəmizdə günü-gündən inkişaf edir. Azərbaycanda söz və mətbuat azadlığının təminatı istiqamətində  xeyli işlər görülüb desək, heç də fikrimizdə yanılmarıq. Məhz görülən işlərin nəticəsidir ki, hazrda ölkədə müasir dünyanın vacib elementlərindən olan  azad mətbiat və internet mövcuddur. İnternet istifadəçisi olmaq isə o deməkdir ki, hər bir vətəndaş öz fikrini və düşündüyünü azad və rahat şəkildə ifadə edə bilir. Ancaq, bu heç də o anlama gəlmir ki, media və internet istifadəçiləri yaradılmış şəraitdən sui-istifadə hallarına yol versinlər. Nəzərə almaq lazımdır ki, dövlət  öz növbəsində bu sahələrini inkişafına xidmət edən ardıcıl islahatlar həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan media orqanlarını və internet istifadəçilərinın sayına görə bir sıra inkişaf etmiş ölkələri geridə qoyur.

-Ölkədə elektron medianın rolunu necə qiymətləndirirsiniz? Ümumilikdə elektron media söz və fikir azadlığının təmin olunmasında hansı rolu oynayır?

-Heç şübhəsiz ki, Azərbaycanda söz, fikir və məlumat azadlığı ən yüksək səviyyədə təmin olunur.  Azərbaycan mətbuatında elektron medianın rolunu gəldikdə qeyd etməliyəm ki, bu sahədə də ölkəmizdə inkişaf tendensiyası müşahidə olunur.  Əslində elektron medianı XXI-ci əsrin rabitə və informasiya texnologiyalar dövrü də adlandırmaq olar. Bu dövürdə elektron medianın inkişafı qaçılmazdır. Əgər, insanlar əvvəllər televiziya və qəzetlərdə informasiya əldə etmək üçün saatlarla gözləməli olurdularsa, bu gün buna ehtiyac qalmayıb. Təbii ki, insanlar sosial şəbəkələr, elktron ünvanlardan bu informasiyaları saatlarla deyil, saniyə keçmədən tapa bilirlər. Bu üzdən insanlara birbaşa informasiyanın çatdırılmasında bütün dünyada olduğu kimi Azərbaycan mətbuatında da elektron medianın rolu kifayət qədər böyük saymaq olar. Əgər əvvəllər metroda əllərində qəzet tutub oxuyan insanları daha çox görürdüksə hazırda bu telfonla əvəzlənib. Bir sözlə  Azərbaycan mətbuatında elektron medianın rolu kifayyət qədər böyük və həm də bəzən təhlükəlidə hesab etmək olar. Əvvəllər Azərbaycan mətbuatında elektron medianın yeri və çəkisi artmaqda idisə hazırda bu artımı ən yüksək səviyyədə görmək mümkündür. Lakin buna baxmayaraq, indiyə qədər elektron medianın hüquqi statusunun müəyyənləşdirilməsi təmin edilməyib.  Elektron medianın hüquqi statusunun müəyyənləşdirilməməsi bir sıra fəsadların mövcudluğuna gətirib çıxarır. Hesab edirəm ki, Azərbaycanda digər media orqanları kimi elektron medianın hüquqi statusu müəyyənləşməlidir. Elektron media sanki son illər bir-birindən heç də fərqlənmir və ən çox insanların psixalogiyasına təsir edən informasiyalar yaymaqdadırlar. Tutaq ki, bir neçə il bundan əvvəl Azərbaycanda indiki kimi intihar halları baş vermirdi. Amma son illər bunun sayında bir qədər artım var. Hesab edirəm ki, bu artımda cüzi də olsa media, xüsusən sosial media günahkardır. Hazırda Azərbaycanda "Kütləvi İnformasiya Vasitələri Haqqında" qanun mövcududr. Sadəcə olaraq həmin qanuna müəyyən əlavələr edilməli, qanunun müəyyən bəndlərində elektron media ilə bağlı fikirlər əlavə edilməlidir.

-Belə fikirlər səsləndirilir ki, elektron medianın fəaliyyətinin qanunla tənzimlənməsi müəyyən məhdudiyyətlərə gətirib çıxara bilər. 

-Bütün hallarda gərək  söz azadlığı çərçivəsini aşmasın. Fikir və söz azadlığının da müəyyən sərhədi olmalıdır. Hazırda qüvvədə olan beynəlxalq konvesiyalar və yerli qanunvericilik də bunu tələb edir. Məhz bu prinsipləri əsas götürülərək internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Hesab edirəm ki, Azərbaycanda domen və hostinqin satışı müəyyən çərçivəyə salınmalı, yerindən durana bu müəyyən vəsait ödəməklə verilməməlidir.Sual olunur əgər Azərbaycanda bu mümkün olmasa xaricdə istifadə oluna bilərmi? Deyim ki, bundan da çıxış yolları var. Fikrimcə, Azərbaycan sərhədləri daxilində yaşayan hər bir şəxsin istər "az" istərsədə "com" domenindən icazəsiz istifadə edilməsi qadağan edilməli, dövlət qeydiyyatından keçməyən bu dömenlər dərhal müvafiq icra hakimiyyəti orqanı tərəfində  nəzarətə götürülməli və müəyyən texniki yollarla fəaliyyəti dondurulmalıdır. Paralel olaraq, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olardı. Etiraf edilməlidir ki, əvvəlki illərlə müqayisədə fikir və söz azadlığından sui-istifadə edən KİV-lərə daha az rast gəlinir. Bamayaraq ki, bütün dünya ölkələrində olduğu kimi bu cür xoşagəlməz hallar Azərbaycanda da  mövcuddur. Ən yaxşı çıxış yolu konkret say xəbərdarlığı qoyulmalı, əks halda bu sayı keçənlər cəzalandırılmalıdır.  Nəzərə almaq lazımdır ki, informasiyanın əlçatanlığı hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir. Xüsusən də vətəndaşların onları idarə edən hökumətin, dövlət orqanlarının fəaliyyəti barədə məlumatlı olması həm şəffaflığın təmin edilməsi, həm də problemlərə daha adekvat reaksiya verilməsi üçün çox vacibdir. Bu məsələlərdə KİV-in xüsusi rola malik olduğu hamıya bəllidir. Media bu məsələri aktullaşdırmaqda, təşviq etməkdə vətəndaş cəmiyyətinə böyük töhfələr verir. Eyni zamanda, KİV-in bu fəaliyyəti islahatlar üçün ictimai etimad mühitinin yaradılmasına xidmət edir.

-Ölkədə medianın sərbəst fəaliyyəti, söz və fikir azadlığının təminatı üçün imkanlar mövcuddurmu?

- Azərbaycanda söz və fikir azadlığının təminatı üçün kifayət qədər imkanlar mövcuddur. Kütləvi informasiya vasitələrinin qeydiyyatından başlamış sosial şəbəkələrə, internetə çıxış və ən nəhayət bu sahədə yaranan münasibətləri tənzimləyən təkmil qanunvericilik bazasının olması  jurnalistlərin sərbəst fikir ifadə etmələrinə hesablanıb. İnsafən qeyd etməliyik ki, media nümayəndələri onlar üçün yaradılmış bu imkanlardan yetərincə yararlanırlar. Ölkədə senzuranın aradan qaldırılması, KİV orqanlarının dövlət qediyyatının sadələşdirilməsi mövcud imkanları daha da artırmış olur. Paralel olaraq  Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi  kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi  potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Bu isə o deməkdir ki, Azərbaycanda  demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Təkcə ölkədə fəlaiyyət göstərən çap və elektron medianın sayı deməyə əsas verir ki, bu məmləkətdə sözün həqiqi mənasında söz və fikir azadlığı təmin olunur. Üstəlik, media işçilərinin  sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə ardıcıl olaraq jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir, ictimai rəyə təsiri olan media orqanlarına yardımlar ayrılır. Sözssüz ki, atılan bu addımlar media orqanlarının müstəqil fəaliyyəti üçün maliyyə mənbəyi rolunu oynayır.  Bir sözlə, siyasi hakimiyyət  media azadlığının inkişaf etdirilməsinə yönəlik müxtəlif proqramlar gerçəkləşdirir ki, bu da medianın inkişaf tempinə əlavə stimul verir.

- Söz və fikir azadlığından sui-istifadə hallarını necə aradan qaldırmaq olar?

- Ölkədə söz və məlumat azadlığının ifrat dərəcədə təmin olunması bəzi hallardan sui-istifadə hallarına yol açıb. Belə ki, istər yerli, istərsə də xarici internet istifadəçiləri yaranmış bu azadlıqdan istifadə edərək ölkəmiz, dövlətimizin tarixi və mədəniyyəti ilə bağlı təhrif olunmuş məlumatların yayımı ilə məşğul olurlar. Sirr deyil ki, Azərbaycanda söz fikir və məlumat azadlığı tam şəkildə təmin olunur, lakin bundan sui-istifadə hallarına yol verilir. Düşünürəm ki, medya azadlığı deyəndə biz müəyyən məhdudiyyətlərdən də danışmalıyıq. Ona görə ki, azadlıq hər şeyə icazə vermək demək deyil. Bu gün müasir mediada biz onu müşahidə edə bilirik ki, müəyyən tendensiyalar mövcuddur və müəyyən şəxslərin, eləcə də müəyyən hadisələrin, saytların populyarlaşması   üçün yalnış məlumatların yayılmasına yol verilir. Hesab edirəm ki, bununla çox ciddi mübarizə aparılmalıdır. Hər kəsə bəllidir ki, hazırda informasiya ehtiyatları resurslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilir. Belə halların qarşısını almaq üçün bütün ictimaiyyət fəallıq nümayiş etdirməlidir. Qeyd edim ki, Vikipedia dünyada ən geniş istifadəçi sayı olan elektron informasiya vasitəsidir. Bu elektron informasiya vasitəsinin prinsipi ondan ibarətdir ki, hər kəs məlumatı redaktə edə bilər. Bu səbəbdəndir ki, burada mübadilə redaktələri deyilən   anlayış var. Bir nəfər bir fikri paylaşır, digəri isə girib onu asanlıqla dəyişə bilər. Bu da bir reallıqdır ki, Azərbaycan barədə- tariximiz, Dağlıq Qarabağ haqqında məlumatlar təhrif edilir. Çox təəssüf ki, qanunvericilik və nəzarət orqanları vasitəsi ilə belə halların qarşısını almaq yolları məhduddur. Ona görə də bu sahədə müəyyən məsələlər nəzərə alınmalıdır. Əsas geniş ictimaiyyət bu məsələdə aktiv iştirak etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31