İcazəsiz ov edən şəxslər saxlanılıb

İcazəsiz ov edən şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb və onların ov tüfəngləri müsadirə olunub.

Olaylar.az xəbər verir ki, araşdırma zamanı ov edənlərin Astara rayon sakinləri Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub.Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub.

Onların hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31