Təhsil naziri 3 ölkədən olan həmkarı ilə görüşüb
Təhsil naziri 3 ölkədən olan həmkarı ilə görüşüb
14 Noyabr 2019 16:51 SosialYUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransa Respublikasında rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Səlçuk, Rusiya Federasiyası Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31