Təhsil Nazirliyi tərəfindən 7 nəfərə töhmət verilib
Təhsil Nazirliyi tərəfindən 7 nəfərə töhmət verilib
14 Noyabr 2019 16:49 SosialOktyabr ayı ərzində Təhsil Nazirliyinə daxil olan müraciətlər əsasında aparılan araşdırma nəticəsində bir sıra faktıar üzə çıxıb. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, aparılan araşdırma nəticəsində Bakı şəhəri 19, 31, 85 və 261 nömrəli tam orta məktəblərində, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində və 33 nömrəli tam orta məktəbdə, Astara rayonu Şahağacı kənd 2 nömrəli məktəbdə, Samux rayonu Alabaşlı kənd tam orta məktəbində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, yeddi nəfərə isə töhmət verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31