146-2 “Qaynar xətt” xidmətinə oktyabr ayında 28 müraciət daxil olub

146-2 “Qaynar xətt” xidmətinə oktyabr ayında 28 müraciət daxil olub

Cari ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 "Qaynar xətt" xidmətinə 28 müraciət daxil olub. "OLAYLAR"-a Təhsil Nazirliyindən bildirilib ki,  Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31