Vergi Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul edildi
Vergi Məcəlləsinə dəyişiklikləri I oxunuşda qəbul edildi
14 Noyabr 2019 15:10 SosialMilli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər miqyasıma görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir. Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur. O qeyd edib ki, dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31