Gəncə polisinin axtardığı cinayətkar öldü

Gəncə polisinin axtardığı cinayətkar öldü

Gəncədə axtarışda olan şəxsin vəfat etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 22-də rayon ərazisindəki evlərin birindən 2259 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Ü.Novruzov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Ü.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi olan digər şəxslə bir mağazadan 300 manat, orada quraşdırılmış ödəmə terminalından isə 456 manat oğurlaması da müəyyən edilib.

Ü.Novruzovla birlikdə cinayət törədən şəxsin hadisədən bir neçə gün sonra vəfat etdiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31