Tikinti şirkətləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər

Tikinti şirkətləri sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər

Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. "Olaylar"ın məlumatına görə, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər bağlı müzakirələr zaman deyib. Komitə sədri bildirib ki, həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31