Daha bir rayonda məktəb seminarları keçirilir

Daha bir rayonda məktəb seminarları keçirilir

"Məktəb seminarları"nın növbəti sessiyaları Nizami rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib. "OLAYLAR" xəbər verir ki, sessiyalarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

"Məktəb seminarları" layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəbin imicinin formalaşdırılması, müəllimlərin peşəkar inkişafı, təhsil müəssisələrinin fəaliyyətinin və uğurlarının daha dolğun təbliği, dərsə davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub.

R.Tağıyev "Məktəb seminarları" layihəsinin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə fikirlərini bildirib, məktəb direktorlarını maraqlandıran məsələlərə aydınlıq gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31