Təhsil sahəsində YUNESKO-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Təhsil sahəsində YUNESKO-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Parisdə YUNESKO-nun Baş Konfransının 40-cı sessiyasına qatılan Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov qurumun baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini ilə görüşüb. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, görüşdə təhsil naziri ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verib. Nazir Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir.

Stefania Ciannini ölkəmiz və təmsil etdiyi qurum arasında təhsil sahəsində əməkdaşlıqdan söz açaraq onu yüksək qiymətləndirib. O, əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31