Polisdən XÜSUSİ ƏMƏLİYYAT: Sabir Rüstəmxanlının qardaşı HƏBS OLUNDU

Polisdən XÜSUSİ ƏMƏLİYYAT: Sabir Rüstəmxanlının qardaşı HƏBS OLUNDU

Almaniyada yaşayan Həbib Müntəzir sosial şəbəkədə saxlanılanların siyahısını yerləşdirib:

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev - "Legat" İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.

H.Müntəzir qeyd edib ki, bu şəxslər siyasi mühacir alverində, saxta sənədlər təşkil etməkdə ittiham olunaraq saxlanılıblar.

***

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə Müsavat partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31