Əli Məsimli ehtiyac meyarının ləğvini təklif edib
Əli Məsimli ehtiyac meyarının ləğvini təklif edib
13 Noyabr 2019 17:00 SosialMillət vəkili Əli Məsimli Azərbaycanda ehtiyac meyarının ləğv olunması təklif edib. "Olaylar" xəbər verir ki, deputat bu təkliflə Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı çıxış edib. Deputat bildirib ki, dəfələrlə bu məsələni Azərbaycan parlamentinin sədri də qaldırıb: "Ehtiyac meyarını və yaşayış minimumunu bir-birinə yaxınlaşdırmaq yox, ehtiyac meyarını aradan qaldırmaq çox vacibdir. Bir neçə il əvvəl belə bir stereotip var idi ki, yaşayış minimumunu və minimum əmək haqqını bir-birinə yaxınlaşdırmağa uzun illər tələb olunur. Amma Prezidentin bir fərmanı ilə minimum əmək haqqı yaşayış minimumuna yaxınlaşdırıldı. Hazırda ondan da yuxarıdır. Ona görə də ehtiyac meyarının ləğv olunması məsələsini də həll etmək olar. Bu məsələ nə qədər tez həll olunsa bir o qədər yaxşıdır".