4000 ədəd siqareti oturacağın altında gizlətdi
13 Noyabr 2019 16:03 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "BMW 528i" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.Daha sonra "Cesi" ləqəbli kinoloji xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin oturacaqların arxasında 4000 ədəd "King" markalı siqaret aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31