Milli Məclisdə tələbə yataqxanalarının tikilməsi təklif edilib

Milli Məclisdə tələbə yataqxanalarının tikilməsi təklif edilib

Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb. "Olaylar" xəbər verir ki, Milli Məclisin plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov "Tik, idarə et, təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab etdiyini deyib.O, bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir. V.Ələsgərov qeyd edib ki, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. Onun sözlərinə görə, tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər: "Təklif edirəm ki, Təhsil və Maliyyə nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31