Deputat ağacları suvarmaq üçün proqram hazırlanmasını təklif edib

Deputat ağacları suvarmaq üçün proqram hazırlanmasını təklif edib

"2020-ci il büdcə layihəsi aktuallığı ilə ölkənin çiçəklənməsinə, xalqın rifahına hesablanan sənədlər toplusudur". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən deputat Hüseynbala Mirələmov səsləndirib. Deputat bildirib ki, iki təklifi var: "Azərbaycanda yaşıllıqların yayılması Prezident İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyevanın təşəbbüsü ilə davam etdirilir, abad məhələlər salınır. Bildiyiniz kimi cənab prezidentin iştirakı ilə iki gün əvvəl deputat seçildiyim Xətayi rayon ərazisində 30 minə qədər ağac əkilib. Bu çox müsbət hadisədir və görkəmli şairimiz İmaddədin Nəsiminin 650 illik yubileyi çərçivəsində 650 min ağac əkək layihəsi çərçivəsində həyata keçirilib. 30 min ağacın əkilməsi çox əhəmiyyətli hadisədir, amma ağacların suvarılmasa onlar qiruyacaq və sonra kəsiləvək. Avtomobil vasitəsilə ağacları suvarmaq çətin, bəlkə də mümkün deyil. Mən baş nazirdən və maliyyə nazirindən xahiş edirəm ki, ağacların suvarılması üçün proqram hazırlansın. Artizan və texniki sular vasitəsilə bunu həyata keçirmək mümkündür". Deputat həmçinin hökumətdən Lerikin bir kəndinə su, digər gəndinə qaz çəkilməsi məsələsini qaldırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31