Deputat: “Ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”
Deputat: “Ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”
13 Noyabr 2019 14:20 Sosial"Cənab Prezident yeni çağırışları qarşıya qoyub. Ciddi mənada hökumətdə dəyişikliklərə gedilib. Nazirlər Kabinetinin yeni tərkibindən cənab Prezidentin son 1 ayda qabarıq şəkildə irəli sürdüyü çağırışlarla daha artıq məşğul olmasını gözləyirik". "Olaylar"ın xəbərinə görə, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında büdcə müzakirələri zamanı deyib.
Deputat bildirib ki, birinci növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: "Cənab prezident yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturlarını əhatə etməkdir. Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Ölkə başçısının irəli sürdüyü tələblərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır. Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər, özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır".