Hindistan səfirliyi Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd etdi

Hindistan səfirliyi Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd etdi

Hindistanın Bakıdakı səfirliyi Səfirlikdə Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd etdi. Tədbir, sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınan Siqh icmasının ilk Qurusu, mənəvi lideri Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il davam edən tədbirlərin tərkib hissəsi idi. Olaylar.az bildirir ki, Quru Nanak, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan chr("39")tək Allahchr("39") ismarıcını yaymışdır. Onun əsas fikirlərini Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə çıxış edən Hindistan səfiri cənab B. Vanlalvavna Pakistanda yerləşən Darbar Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların gedişini asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, xatirə sikkə və poçt markalarının tədavülə buraxılması, Hindistan Dəmir Yolları zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Dev ilə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətinin təşkil edilməsi kimi bu münasibətlə Hindistan Hökümətinin irəli sürdüyü təşəbbüsləri vurğuladı. Milli Məclisin Möhtərəm deputatı cənab Naqif Həmzəyev tədbirdə iştirak edərək hər iki ölkə mədəniyyətinin mənimsədiyi dini tolerantlılıq və multikulturalizm dəyərləri haqqında danışdı. Tədbirdə digər çıxış edənlər Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin fikirlərin bugünkü dünya üçün aktuallığından söhbət açdı. Bakıdakı Hindistan icmasının nümayəndələri və Hindistanın dostları tədbirdə iştirak etdi.

Hindistanın Baş Naziri Narendra Modi Qurdsapur, Dera Baba Nanakda Kartarpur dəhlizinin açılışını etdi. Hindistanın Pəncab əyalətində yerləşən Dera Baba Nanak Sahib Siqh ziyarətgahlarını Pakistanın Pəncab əyalətində yerləşən Qurdvara Darbar Sahiblə birləşdirən dəhliz, sitayişkarlara Hindistan-Pakistan sərhədindən 4.7 km uzaqlıqda yerləşən Kartarpurdakı Qurdvaranı vizasız ziyarət etməyə imkan verəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31