Gənclərin virtual məkanda fəallığı artırılır
Gənclərin virtual məkanda fəallığı artırılır
13 Noyabr 2019 13:17 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi "Gənclər arasında bloqerlik fəaliyyətinin təbliğ olunması" adlı layihə çərçivəsində "Mən bloqer ola bilərəmmi?" adlı silsilə təlimlər keçirib. "OLAYLAR"-a İctimai Birlikdən verilən məlumata görə, təlimlər ilk öncə Quba rayonunda və eləcə də Bakının Binəqədi, Sabunçu, Xəzər və Nəsimi rayonlarında təşkil edilib. Gənclərə təlimlər vasitəsi ilə internet və informasiya resursları vasitələri haqqında geniş məlumat verilib. Gənclərin internet informasiya məkanı və bu sahədə mövcud olan resurslara çıxış, virtual məkanın şəxsi inkişafa təsiri və üstünlükləri haqqında bilgilər verilib. Təlimlər vasitəsi ilə gənclərin virtual məkanda fəallığı artırılıb və informasiya resurs vasitələrindən səmərəli istifadəsinə yol açmasında dəstək olub.
Layihənin rəhbəri Vüqar Əhmədov tərəfindən təlimlərdə gənclərə yeni sosial media, gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsi, İKT-nin gənclərin inkişafında rolu, sosial media və sosial şəbəkələrdə zərərli vərdişlər və gənclərin bu zərərli vərdişlərdən uzaq olması haqqında bilgilər verib.
Daha sonra layihənin təlimçisi Aydın Əbilov iştirakçılara İKT sahəsində mövcud olan yeni imkanlar, sosial media, sosial şəbəkələrin gənclərin həyatında rolu, yerli və beynəlxalq təcrübədə istifadəsi, sirləri, xeyirli və zərərli tərəfləri, gənclərin inkişafında və məşqulluğun təmin olunmasında rolu haqqında məlumat verib. İştirakçılara üçün bloqlar, bloqların yaradılması və idarə olunması yolları, sosial şəbəkələrdə mövcud olan trendlər və imkanlar və bu sahədə mövcud olan yeni texnologiyalar ilə bağlı nəzəri və praktik təlim sessiyaları keçirilib. Təlimin sonunda gənclər sertifikatla təmin edilib.