Paytaxtda Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb - FOTO

Paytaxtda Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb - FOTO

Bakıda "Caspian Ecology" 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb.

Olaylar.az xəbər verir ki, yubiley sərgisi "Caspian Event Organisers" şirkətinin təşkilatçılığı, nazirliyin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir.

Azərbaycanda daxil olmaqla sərgidə 10 ölkədən 60 şirkət iştirak edir.

2010-cu ildən mütəmadi olaraq keçirilən sərginin əhatə dairəsi bu il daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib.

Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.

Sərginin keçirilməsində məqsəd ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan istifadənin optimallaşdırılmasına və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb etməkdir.

Sərgi üç gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31