BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib
BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib
13 Noyabr 2019 11:46 SosialBu gün səhər metronun "Koroğlu" stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən əməkdaşlarımız dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər. Eyni zamanda təcili tibbi yardım avtomobilin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər göürülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31