Misirin baş müftisi Göy Məsciddə xütbə oxuyacaq
Misirin baş müftisi Göy Məsciddə xütbə oxuyacaq
13 Noyabr 2019 11:06 SosialNoyabrın 14-15 tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandaki səfiri Adil İbrahim bildirib ki, Misirin baş müftisi Şövqi Əllam noyabr ayının Bakıda keçiriləcək 2-ci Bakı Dünya Dini Liderləri Sammitində iştirakı çərçivəsində 15 noyabr tarixində cümə xütbəsi söyləməsi planlaşdırılır.
Olaylar.az bildirir ki, cənab səfir açıqlamasında deyib ki, ilk dəfə olaraq əcnəbi xətib Azərbaycan paytaxtı Bakının ən bəyük və ən qədim məscidlərindən biri hesab olunan "Əjdər Bəy" (Göy Məscid adı ilə tanınan) məsciddə xütbə söyləmək üçün minbərə çıxacaq.
Xatırlatmaq yerinə düşərdi ki, məscidin axundu Azərbaycan Respublikasının müftisi Şeys Salman Musayevdir. Bu, Misir və Azərbaycan tərəfləri arasındaki yaxşı münasibətlərin olamsını və Azərbaycan dini qurumlarının Misiri və onun İslam Dünyasında olan mövqeyini qiymətləndirilməsini təsdiqləyir.
Səfir Azərbaycan xalqının məzhəbindən asılı olmayaraq qəlbində Əzhərin istisna mövqeyi olmasını nəzərə alaraq Azərbaycan rəsmilərinin Əzhərin Şeyxinin Bakıya səfər etməsini səbirsizliklə gözlədiklərini bildirdi. Xüsusən də, Sovet Dövründən bəri iki ölkənin dini rəhbərləri arasındaki sıx münasibətlərdən əlavə yüzlərlə azərbaycanlı 1991-ci ildə müstəqillik qazandıqdan sonra dini təhsillərini Əzhərdə almışdı.
Qeyd olunmalıdır ki, iki ölkə arasında münasibətlər sürətli inkişafın şahidi olmuşdu. Bu, son dövrlər Xarici İşlər və Turizm nazirlərinin, habelə, Nümayəndələr Palatasının birinci müavini cənab Şərifin Azərbaycana olan səfərlərində öz əksini tapmışdı.