Tacikistan nümayəndə heyəti DGK-nın Akademiyasında olublar

Tacikistan nümayəndə heyəti DGK-nın Akademiyasında olublar

Tacikistan Respublikasının sərhəd idarəçiliyi sahəsində çalışan yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Akademiyasında olublar. "Olaylar" xəbər verir ki, Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin Gömrük Nəzarəti Bölməsinin rəhbəri Abdukadirzoda Camşed, ATƏT-in Düşənbədəki Proqram ofisinin əməkdaşı Daler Xamidov Dövlət Gömrük Komitəsinin Akademiyanın rəisi Qulu Novruzovla görüşüblər.Qonaqları səmimi salamlayan Qulu Novruzov Akademiyanın yaranma tarixi vəfəaliyyəti barədə ətraflı məlumat verib. Təhsil ocağında beynəlxalq əməkdaşlığın prioritet sahələrdən biri olduğunu deyən Akademiya rəisi gələcəkdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə də toxunub. Abdukadirzoda Camşed Dövlət Gömrük Komitəsinin Akademiyası ilə tanışlıqdan məmnunluğunu ifadə edərək təmsil etdiyi qurumun əməkdaşlarının Akademiyanın ixtisasartırma təlimlərinə cəlb edilməsində maraqlı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31