«Как по Маслу» komandası Liqa Smexa mövsümünün «Ən yaxşı səhnəciyi» kubokunu aldı

«Как по Маслу» komandası Liqa Smexa mövsümünün «Ən yaxşı səhnəciyi» kubokunu aldı

Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. Olaylar.az bildirir ki, "LiqaSmexa" yarışmasında Azərbaycanı təmsil edən yeganə "Как по Маслу" komandası 2019-cu il Liqa Smexa mövsümünün "Ən yaxşı səhnəciyi"-nə görə kubok alıb.

Bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki Azərbaycanın bu yarışmada qazandığı ilk kubokdur. "Как по Маслу" komandası Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır.

Komandanın kapitanı Cavid Şahbazbəyov bu hadisəni belə şərh etdi: Komandamız hərbir üzvü yüksək nəticə əldə etmək üçün əlinnən gələni etdi və bu kollektiv işinin bir nümunəsidir.

Biz Liqa Smexa rəhbərliyinə, başda Naum İosifoviç Barulya, redaktorlarımız Andrey Petroviç Çivurin və Çingiz Mazinova bizə göstərdiyləri qayğı və diqqətə görə minnətdarıq. Komandamızın gələcəyi və inkişafı ilə bağlı nikbinik.

Bütövlükdə Azərbaycan yumorunda durğunluq prosesini müşahidə edən "Как по Маслу" komandası ölkədə yumorun inkişafı prosesində təmiz havaya çevrildi. Bir çox komandanın beynəlxalq yumor festivallarında, layihələrdə Azərbaycanı təmsil etməsi bizi məmnun edəcəkdir, buna görədə Liqa Smexa yarışması buildən Azərbaycanda fəaliyyət göstərir.

Bütün bu uğurlar "Final Oil" Ticarət Markasının hərtərəfli dəstəyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi sayəsində mümkün olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31