Müalicə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
Müalicə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
12 Noyabr 2019 15:55 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən həbs edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Məmmədov Yaşar Nadir oğlu ilə qısamüddətli görüşə gəlmiş xalası oğlu Bakı şəhər sakini Sultanov Bahəddin Abdulla oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əynində olan gödəkcənin cibində gizlədilmiş daxilində danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilmişdir.Faktla bağlı araşdırma aparılır.