BMU-da “Art of our soul” adlı rəsm sərgisi
BMU-da “Art of our soul” adlı rəsm sərgisi
12 Noyabr 2019 15:54 SosialBakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbələrinin hazırladığı "Art of our soul" adlı rəsm sərgisi keçirilib.
Sərginin təşkilində əsas məqsəd yaradıcı tələbələrin cəmiyyətə təqdim olunması, gələcək ibtidai sinif müəllimlərinə rəsm çəkmə və sərgi keçirmə üsullarının öyrədilməsidir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə təşkil olunan sərgidə universitetin müəllim və tələbə heyəti iştirak edib.
Kağız üzərində quaş ilə boyanan fərqli sənət əsərləri sərgiyə xüsusi rəng qatıb.
Qeyd edək ki, sərgidə 20-yə yaxın müxtəlif kompozisiyalarda çəkilmiş rəsmlər nümayiş olunub.
BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31