Mikayıl Cabbarov: “Xidmət sektorunun 3.6 faiz artacağı proqnozlaşdırır”
Mikayıl Cabbarov: “Xidmət sektorunun 3.6 faiz artacağı proqnozlaşdırır”
12 Noyabr 2019 13:48 Sosial"2020-ci il üçün iqtisadi və sosial inkişaf üçün konsepsial proqnozlar hazırlanmışdı. Beynəlxalq iqtisadiyyatda sanksiyaların olması qlobal iqtisadi bazarda azalmalar qeydə alınıb. Azərbaycan dövlət büdcəsi üçün hazırlanan konsepsiya da bu amillər nəzərə alınaraq hazırlanmışdı".
"OLAYLAR" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı çılxış edən İqtisadiyyat Naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, bu gün milli iqtisadiyyatda neft-qaz amili lokomotivliyini saxlamaqdadır:
"Amma bu, həm də inkişafa dəstək verən amildir. Bu məqamlar nəzərə alınaraq dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülüb. TAP-TANAP layihələri dünyanın enerji xəritəsini dəyişərək inkişafa böyük tövhə verəcək.
İxrac potensialının artmasında əsas rol qeyri-neft sektorunun üzərinə düşür. Prezident İlham Əliyevin apardığı islahatlar, yeni qurulan istehsal sahələri bir sıra məhsullardan asılılığı azaltmışdı. Xidmət sektorunun 3.6 faiz artacağı proqnozlaşdırır. Ölkəmizin yüksək gəlirli ölkələr sırasında yer alması üçün xidmət sektoru inkişaf etdirilməlidir".