Oqtay Əsədov: “Gələn il də iqtisadi göstəricilərin artacağı gözlənilir”

Oqtay Əsədov: “Gələn il də iqtisadi göstəricilərin artacağı gözlənilir”

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxrılıb. "Olaylar"  xəbər verir ki, plenar iclasda Baş nazir Əli Əsədov və digər qurumların təmsilçiləri iştirak edir. İclası Milli Məclisin spikeri Oqtay Əsədov açıb və Konstitutsiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Əlavə edib ki, parlamentin gündəliyə dövlət büdcəsi ilə bağlı 11 məsələ daxil edilib. Oqtay Əsədov ölkədə aparılan iqtisadi islahatlara münasibət bildirib: "Xüsusilə də gömrük və vergi sahələrində ciddi islahatlar aparıldı. Təcədüfi deyil ki, Azərbaycan islahat aparılan ölkələr siyahısında ilk yerləri tutur. Ötən 9 ay ÜDM 2.5 faiz artıb. Burada diqqətçəkən məqam qeyri-neft sektorununda olan artımdır. Ölkəmizin valyuta ehtiyyatları artıb və vəsaitlərin böyük hissəsi qeyri-neft sektoruna yatırılıb. Əhalinin gəliləri artıb, inflyasiya isə azalaraq 2.6 faiz civarında qərarlaşıb. Gələn il də iqtisadi göstəricilərin artacağı gözlənilir. Bunun nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə qədər yüksələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31