Qızıl, beşbarmaq və bıçaqlar aşkarlanıb
Qızıl, beşbarmaq və bıçaqlar aşkarlanıb
12 Noyabr 2019 12:16 SosialŞimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıb.
"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.