ABŞ-ın paytaxtında Azərbaycanla bağlı əlamətdar gün qeyd olundu

ABŞ-ın paytaxtında Azərbaycanla bağlı əlamətdar gün qeyd olundu

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri 9 Noyabr Dövlət Bayrağı Gününü qeyd etmişdirlər. Olaylar.az bildirir ki, ilk olaraq şagirdlər Azərbaycan Dövlət Himnini səsləndirmişdir. Daha sonra Tədbirdə Azərbaycan Dövlət Bayrağı ilə bağlı məktəb müəllimləri tərəfindən məlumat verilmiş və uşaqlar bayraq haqqında öz biliklərini bir-birilə paylaşmışdır. Bundan əlavə şagirdlər Azərbaycan bayrağı ilə bağlı video çarxlar izləmiş və Azərbaycan rəqsləri nümayiş etdirmişdirlər.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. 2018-2019-cu il tədris ili ərzində şagirdlər 18 Oktyabr Azərbaycanın

Dövlət Müstəqilliyi Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz

bayramı ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Səfirlik və Ticarət Palatasında keçirilən

müxtəlif tədbirlərdə, Dünya Bankında təşkil edilən Novruz bayramında, "Culturfied" Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında çıxış etmişdirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31